Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı Şuşadan sonra Bişkekdə görməkdən şadam.
Adalet.az xəbər verir ki, bunu Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidenti Şimali Kipr Türk Respublikasının tez zamanda TDT-yə tamhüquqlu üzv olmasını gözlədiklərini bəyan edib.
"Eyni zamanda, müşahidəçi statusda olan Türkmənistanın da TDT-nin üzvü olacağını gözləyirik”, - Türkiyə lideri vurğulayıb.APA