Prezident Volodimir Zelenski Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərlik müddətinin daha 90 gün uzadılması barədə qanunu imzalayıb.
“AzPolitika” xəbər verir ki, Ukrayna mətbuatında dərc edilən qərara görə, bu müddət 2025-ci il fevralın 7-dək uzadılıb.
Sonuncu dəfə Zelenski Ukraynada hərbi vəziyyəti və səfərbərlik müddətini noyabrın 10-dək uzatmışdı.
Xatırladaq ki, prosedura əsasən, bundan əvvəl Ali Rada hərbi vəziyyətin 90 gün uzadılmasını dəstəkləyib.
“AzPolitika.info”