EN

Masallıda yaşayan şəhid övladları üçün master-klas təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın övladları üçün master-klas təşkil edib. 

 

Masallı rayonunda keçirilən master-klasda şəhid övladları ilə yanaşı evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahıllar da iştirak edib. 

 

İştirakçılar peşəkar kababçıların müşayiəti ilə milli mətbəximizə aid olan kababın hazırlanması qaydaları ilə tanış olublar, özləri bu prosesi təcrübə ediblər. 

 

Uşaqların böyük marağına səbəb olan tədbirin məqsədi Vətən uğrunda canlarından keçən şəhidlərimizin əmanətlərinin asudə vaxtlarının səmərəli təşkili, eləcə də onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasıdır.

Chosen
39
qht.az

1Sources