EN

Ərdoğanın TDT-dən GÖZLƏNTİSİ: Mərkəzi Asiya ölkələri qərar verməli olacaqlar

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Bişkekdə keçirilən Zirvə toplantısında iki gözləntisini ortaya qoyub. Türkiyə Prezidenti Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) və Türkmənistanın qısa zamanda Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olmalarını istədiyini bildirib”.

Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Kuzey Kıbrısla bağlı qərar üzv dövlətlərin istəyindən asılıdır.

Politoloqun qənaətincə, Türkiyə və Azərbaycandan başqa digər türk dövlətləri Kuzey Kıbrıs Türk Cümhuriyyətinin təşkilata tamhüquqlu üzvlüyünə hələ ki, ehtiyatla yanaşırlar: “KKTC Prezidenti Ersin Tatar Şuşadakı toplantıdan sonra ikinci dəfə Bişkekdəki toplantıya müşahidəçi statusunda qatılıb. Mərkəzi Asiya ölkələri KKTC-nin müşahidəçi statusuna etiraz etmirlər. Ancaq Ankara və Lefkoşe tam üzvlük istəyirlər”.

E.Şahinoğlu vurğulayıb ki, əslində KKTC-nin TDT-yə tamhüquqlu üzvlüyünə görə Mərkəzi Asiya ölkələrini təhlükə gözləmir: “ABŞ və ya Avropa İttifaqı dövlətləri bu qərara görə Mərkəzi Asiya ölkələrinə sanksiya tətbiq etməzlər. Ona görə də Mərkəzi Asiyanın türk dövlətləri yaxın illərdə KKTC ilə bağlı qərar verməli olacaqlar. Türkmənistanın təşkilata üzvlüyü isə Aşqabadın qərarından asılıdır. KKTC-dən fərqli olaraq, Türkmənistanın Türk Dövlətləri Təşkilatına üzvlüyünü qurumdakı dövlətlərin tamamı dəstəkləməyə hazırdır. Bu dəfə Türkmənistan tələsməməyə qərar verib”.

Nailə QASIMOVA

Chosen
20
2
medianews.az

5Sources