EN

Tramp gəldi, Zelenskini xoş günlər gözləmir – Tural Abbaslı

Amerikada prezident seçkilərində Tramp səs çoxluğu ilə üstünlük əldə edərək qalib gəldi. Trampın qalibiyyəti Ukrayna-Rusiya müharibəsinə necə təsir edəcək? Ukraynanın aqibətini bu gedişatda nələr gözləyir?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, Trampın seçilməyi əslində gözlənilən idi. Şəxsən biz Ağ Partiyada müzakirəkərdə Trampın seçilmə şansının yüksək olduğunu bilirdik. Sadəcə olaraq Azərbaycanda belə bir atmosfer yaradılmışdı ki, demokratlar seçiləcək və bütün hesablamalar ona yönəlmişdi. Daha doğrusu müxalif kəsim nəsə demokratlara meyllənmişdi. Amma ümumən fikrimi deyim ki, düşünürəm Tramp radikal adam olsa da bilinən adamdır. Kamala Harris isə dünyada qlobalistlərin təmsilçisi idi. Bütün dəyərləri: dini, mənəvi, ailə dəyərlərini məhv etməyə hesablanmış bir düşüncənin təmsilçisi idi. Bəlkə də taktiki anlamda Harrisin gəlişi hansısa dünyadakı münaqişələri qısamüddətli dayandıra bilərdi. Ancaq dünyanı daha böyük böhrana sürükləyə bilərdi.

“Trampın seçilməyi Rusiya-Ukrayna məsələsinə gəldikdə isə Tramp bu məsələdə zatən mövqeyini açıq şəkildə bildirib. Hamımız bilirik ki, Tramp biznesmendir və milyarderdir. Onun bütün siyasi məsələlərə yanaşması daha çox iş adamının yanaşması kimidir. O, əvvəlcədən də qeyd etmişdi ki, seçilsə bu savaş bir günə bitər. Bir günə bitirə bilməsə də hər halda Zelenskini xoş günlər gözləmir. Tramp əgər dediyinin üzərində duracaqsa böyük ehtimal artıq Ukraynaya atəşkəs etməsini və Rusiya ilə hətta Ukraynaya sərf etməyən sülh razılaşmasına getmək istiqamətində basqılar ediləcək. Çünki Tramp düşünür ki, Rusiya Ukrayna savaşır, Amerika pul xərcləyir, silah verir, maddiyat itirir. Yəni Tramp bu müharibəni özünə yük görür. Müharibənin uzanmasında daha çox Avropa maraqlıdır. Çünki Rusiya ilə sərhəddədirlər və onun zəifləməsi onlara daha lazımlıdır. Tramp üçün Rusiyadan daha təhlükəli ölkə Çindir. Çünki Çinlə ticarət dövriyyəsini, alqı-satqı məsələsini balanslaşdırmaq, Çinin dünyadakı iqtisadi gücünü, Ameriknın Çinlə yarışında öz ölkəsinin önə çıxmasına çalışır. Zatən bilir ki, Rusiya iqtisadi anlamda Amerika ilə mübarizə apara biləcək gücdə deyil.

Bu baxımdan görüləcək işlər Ukrayna-Rusiya savaşının yəqin ki, bitməsinə yönələcək”.

Chosen
27
tribunainfo.az

1Sources