EN

Çin şirkətindən YENİLİK - FOTO

Çinin Wuling şirkəti özünün yeni kompakt elektrik avtomobili Zhiguang-ın transformasiya imkanlarını təqdim edib.

“İki sahil” “CarNewsChina” istinadla xəbər verir ki, Çində yeni məhsul indiyədək yalnız şüşəli və sürüşən arxa qapıları olan sərnişin versiyasında sertifikatlaşdırılıb.

Lakin tezliklə furqonun da peyda olacağı gözlənilir.

Wuling, mikroavtobus formatında elektrikli avtomobil üçün müxtəlif istifadə hallarını göstərən bir sıra şəkillər yayımlayıb. Belə ki, şirkətin ideyasına görə, Zhiguang təkərli mini bara, səyyar emalatxanaya və ya iaşə maşınına çevrilə bilər. Elektrik avtomobili həmçinin açıq havada istirahət, balıqçılıq, çatdırılma xidmətləri və gül satışı üçün versiyalarda nümayiş etdirilib.

Chosen
34
ikisahil.az

1Sources