Latviyada həkimlərlə narkomaniyaya qurşanmış insanlar arasında voleybol yarışı keçiriləcək.
News24.az xəbər verir ki, bu barədə Riqa şəhəri Baş Səhiyyə İdarəsinin tanınmış narkoloqu Donin Stano məlumat yayıb.
Məlumata görə, qarşılaşma "Sağlamlıq idmandadır!" aksiyası çərçivəsində keçiriləcək. Aksiyada estrada və idman ulduzları iştirak edərək voleybol oynayacaqlar.
"Məqsədimiz idmanı təbliğ etmək, habelə Latviyada narkomaniya və alkoqolizmlə mübarizədə qalib gəlməkdir", - deyə o qeyd edib.
AÄŸa