EN

“Mançester Yunayted”lə müqavilə bağlamaq, bu klubda olmaq istəyirdim"

Portuqaliyalı mütəxəssis Ruben Amorim gələn həftədən “Mançester Yunayted”in baş məşqçisi postuna keçəcək.

Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, daha əvvəl yayılan söz-söhbətlərdə onun “Mançester Siti”də Pep Qvardiolanı əvəzləyə biləcəyi ehtimalı da var idi. Amorim özü bu məsələyə belə münasibət bildirib:

“Mançester Siti” ilə bağlı şayiələr? Mənim klubum “Mançester Yunayted”dir.

Bu, açıq-aydın seçim idi. “Mançester Yunayted”lə müqavilə bağlamaq, bu klubda olmaq istəyirdim”.

“Qırmızı şeytanlar” ötən həftə uğursuz nəticələrə görə Erik ten Haqın qovulduğunu açıqlayıb. Rud van Nistelroy komandanın müvəqqəti baş məşqçisi təyin olunub.

Chosen
38
sportinfo.az

1Sources