EN

“Ordu”nun amerikalısı: “Çoxları bizi qınayır…”

“Mənə elə gəlir ki, mövsümə inamlı başlamışıq”.

İdman.biz xəbər verir ki, bunu “Ordu”nun basketbolçusu İsaya Poup deyib.

Amerikalı legioner Azərbaycan çempionatında ilk 3 turda komandasının çıxışını dəyərləndirib. O bildirib ki, “Gəncə” məğlubiyyəti onların xeyrinə olacaq: “Düzdür, çoxları bizi qınayır ki, 3-cü turda uduzduq. Fikrimcə, bu oyun səhvlərimizi görmək və nəticə çıxarmaq üçün çox önəmli oldu. Yaxşı oynamaq üçün daha çox çalışmalı və irəli getməliyik. Ona görə də hesab edirəm ki, mövsümün əvvəli bizim üçün yaxşı keçir və növbəti oyunlarda özümüzü oyun planında daha da inkişaf etdirəcəyik”.

Qeyd edək ki, “Ordu” 3 turdan sonra 5 xalla B qrupunda turnir cədvəlinin 2-ci pilləsində yer alıb.

İdman.biz

Chosen
16
1
idman.biz

2Sources