EN

Qırğızıstan türkdilli xalqların kitabxanasının yaradılmasını təklif edib

Türk Dövlətləri Təşkilatının XI Zirvə toplantısının Bişkekdə keçirilən iclasında çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov türkdilli xalqların kitabxanasının yaradılmasını təklif edib.

Qaziler.az bildirir ki, bu barədə “Kazinform” agentliyinin müxbiri xəbər verir.

"Bu layihə türk dünyasının simvolu və mədəni mübadilə platforması olacaq", - Qırğızıstan lideri bildirib.

Xatırladaq ki, noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatının növbəti XI Zirvə Toplantısı keçirilir.

Zirvə toplantısının mövzusu “Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik”dir.

Onun işində təşkilata üzv olan beş dövlətin - Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistanın rəhbərləri, habelə müşahidəçi ölkə - Macarıstanın rəhbəri iştirak edir.

QAZİLER.AZ

 

Chosen
10
qaziler.az

1Sources