Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan kiçik cərrahi əməliyyata məruz qalıb.
Modern.az xəbər verir ki, bu barədə Ter-Petrosyanın sədri olduğu Erməni Milli Konqresinin mətbuat katibi Arman Musinyan bildirib.
Eks-prezident İrəvandalı “Best Life” klinikasından artıq evə buraxılıb.
Qeyd edək ki, Levon Ter-Petrosyan iki gün əvvəl tibb mərkəzinə yerləşmişdi. O, daha əvvəl ürək əməliyyatına məruz qalıb.