EN

"Putinin Trampı təbrik etmək fikri yoxdur" - Rusiya prezidentinin mətbuat katibi

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.   Manset.az bu barədə rus mətbuatına istinadən xəbər verir. Rusiya Prezidenti Vladimir Putinin Donald Trampı ABŞ prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib-etməyəcəyi ilə bağlı suala Peskov belə cavab verib:  "Prezidentin Trampı seçki münasibətilə təbrik etmək planı yoxdur. Unutmayaq ki, burada həm birbaşa, həm də dolayı yol ilə ölkəmizə qarşı müharibədə iştirak edən düşmən ölkə var".

 

Chosen
19
manset.az

1Sources