İtaliya “Latsio”su İspaniyanın “Rayo Valyekano” və Kolumbiya millisinin 33 yaşlı yarımmüdafiəçisi Xames Rodriqesin xidmətində maraqlıdır.
"Operativ Media" bu haqda İapiyanın "Marca" nəşrinə istinadən xəbər verir.
Xames Rodriqesin artıq yanvar transfer pəncərəsində klubu dəyişməsi ehtimalı yüksəkdir. Buna səbəb onun "Rayo Valyekano"nun baş məşqçisi İniqo Pereslə münasibətinin pisləşməsidir.
Xames Rodrigesin "Rayo Valyekano" ilə müqaviləsi bu mövsümün sonuna kimi nəzərdə tutulub.
"Transfermarkt" onun transfer dəyərini 5 milyon avro qiymətləndirir.