EN

Çindən Trampın qələbəsinə İLK REAKSİYA

Çin ABŞ-da keçirilən seçkilərdə respublikaçı Donald Trampın qələbəsindən sonra ABŞ-la münasibətləri qarşılıqlı hörmət prinsipləri əsasında qurmaqda davam etmək niyyətindədir. 

Demokrat.az
xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib. 

"Bizim ABŞ-la bağlı siyasətimiz ardıcıldır və biz Çin-ABŞ münasibətlərini qarşılıqlı hörmət prinsipləri əsasında nəzərdən keçirməyə və idarə etməyə davam edəcəyik", - deyə o, vurğulayıb.

Mao Ninqin sözlərinə görə,  Pekin ABŞ xalqının seçiminə hörmətlə yanaşır.


Əfsanə Kamal
Demokrat.az
Chosen
33
demokrat.az

1Sources