“Donald Trampın ABŞ Prezidenti seçilməsi “qələbə planı”nın reallaşması şansları üzərindən xətt çəkdi”.
KONKRET.az xəbər verir ki, bunu Ali Radanın deputatı Akeksey Qonçarenko deyib.
O vurğulayıb ki, Zelenskinin ümidlərinin üzərindən xətt çəkildi.
Deputat hesab edir ki, Trampın Ağ Evə gəlişi ilə dünya nizamı qaydalara deyil, razılaşmalara əsaslanacaq.
Xatırladaq ki, Respublikaçılar partiyasının üzvü Donald Tramp seçkilərdə prezident olmaq üçün lazım olan 270 səsi qazanıb və ikinci dəfə Ağ Evin sahibi olub.
Məlik,
KONKRET.az