EN

Klaviaturadakı hərflər niyə əlifba sırası ilə deyil, QWERTY formasında olur?

Kompüter klaviaturalarına baxdığınızda hərflərin maraqlı bir sıralanışla düzülüdüyünü görərsiniz.
"QWERTY" adlandırılan bu düzən niyə belə qarışıq və məntiqsiz bir şəkildə yaradıldı, deyirsiniz?

Qlobal.net bildirir ki, QWERTY klaviatura düzəni ilk dəfə 1878-ci ildə Christopher Latham Sholes tərəfindən patentləşdirildi və bu gün hələ də standart klaviatura düzəni olaraq qəbul edilir.

Sholes, 1867-ci ildə ilk praktik daktilonu icad etdi və bu cihazda əlifba sırasını istifadə etməyə çalışdı. Lakin daktilonun mexaniki quruluşu, sürətlə yazılan hərflərin bir-birinə çırpılmasına və tıxanmasına səbəb olurdu.

QWERTY-nin ilk addımları burada atıldı: Hərflər, tez-tez istifadə olunan kombinasiyalar bir-birindən uzaqlaşdırılaraq yerləşdirildi, beləliklə daktilo daha az tıxanacaqdı.

Bu nəzəriyyənin doğru olub-olmaması hələ də müzakirə olunur, amma Sholes və Remington'un ortaq işi ilə istehsal olunan QWERTY daktiloları 1890-a gəldikdə ABŞ-da 100.000-dən çox insan tərəfindən istifadə olunurdu.

QWERTY düzəninin, daktiloların tıxanmasını qarşısını almaq üçün yoxsa başqa bir məqsədlə yaradıldığı mübahisəlidir. Bir nəzəriyyəyə görə, QWERTY-nin əsas məqsədi Morze əlifbasından yazı yazmağı sürətləndirmək idi.

Xüsusilə Morze əlifbasında qarışıqlığa səbəb olan hərflərin bir-birinə yaxın yerləşdirilməsi məqsədilə bu düzən qurulmuş ola bilər. Məsələn, Z hərfi və SE kombinasiyası tez-tez qarışdığı üçün bu hərflərin bir-birinə yaxın olması lazım idi.

Bugün daha sürətli və effektiv klaviatura düzənləri təklif edilsə də, QWERTY o qədər yayılıb ki, onu dəyişdirmək demək olar ki, mümkünsüz hala gəldi.

Yeni texnologiyalarla birlikdə KALQ kimi toxunma ekranlarına xüsusi klaviatura düzənləri inkişaf etdirildi. Lakin fiziki klaviaturalarda QWERTY-nin yerini alması çox mümkün görünmür.

QWERTY, istifadəçilər tərəfindən artıq çox tanınan və bəsit bir düzən halına gəldiyi üçün onu dəyişdirmək demək olar ki, imkansızdır.

Chosen
33
qlobal.net

1Sources