EN

AMADA-nın cəzalandırdığı cüdoçunu federasiya tanımır - Yenilənib

Azərbaycan cüdoçusu Sadiq Hacıyev 2 illik diskvalifikasiya olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AMADA məlumat yayıb.

Cəzaya idmançı tərəfindən məkan məlumatı pozuntusuna yol verilməsi səbəb olub.

Qərarın qüvvəyə minmə tarixi 2023-cü il iyulun 31-i göstərilib. Sanksiya 2025-ci il iyulun 30-da bitəcək.

***

Azərbaycan Cüdo Federasiyası açıqlama yayaraq ölkə yığmasında bu adda cüdoçu olmadığını bildirib: “Azərbaycanın heç bir yaş kateqoriyası üzrə milli komandasında belə bir idmançı yoxdur. Ona görə hansı səbəbdən və niyə görə 24 aylıq diskvalifikasiya aldığını bilmirik. Ona görə həmin şəxsin özü ilə və AMADA ilə əlaqə saxlamağı məsləhət görürük.

ACF olaraq, biz ancaq milli komandaların cari üzvlərinin antidopinq qaydalarına əməl etmələrinə nəzarət edirik”.

Chosen
17
2
qafqazinfo.az

3Sources