EN

Rusiyanın doqquz regionunda uşaqlarda təhlükəli virusa yoluxma şübhəsi var

Rusiyanın doqquz regionunda son bir neçə gündə uşaqlarda Coxsackie virusuna bənzər xəstəlik aşkarlanıb. Bu barədə "İzvestiya” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Moskva, Sankt-Peterburq, Krasnodar diyarı, Tatarıstan, Vladimir, Bryansk, Kaluqa və Moskva vilayətlərində və Udmurt Respublikasında təhlükəli xəstəlik aşkarlanıb.
 
Eyni zamanda, Udmurtiyanın Səhiyyə Nazirliyi regionda heç bir yoluxma halının qeydə alınmadığını bildirib.
 
Vladimir vilayətinin Səhiyyə Nazirliyi hazırda Coxsackie virusu təsdiqlənmiş yetkinlik yaşına çatmayanların xəstəxanalarda müalicə olunmadığını bildirib.

Rospotrebnadzor qeyd edib ki, Coxsackie virusu öskürək, atəş, boğaz ağrısı, səpgi və boş nəcis ilə müşayiət olunur. Çox vaxt xəstəlik kurort ölkələrində tətil edən ruslarda qeydə alınır. Qurum bu simptomları görən turistlərə xüsusi yaradılmış qaynar xəttə müraciət etməyi tövsiyə edib.

Bir gün əvvəl Yekaterinburqdan olan həkim Aleksandr Solovyov demişdi ki, Koksaki virusu Rusiyada yeni pandemiyaya səbəb olmayacaq, ona görə də bununla bağlı panikaya düşməyə ehtiyac yoxdur. Mütəxəssis qeyd edib ki, indiyədək ölkədə xəstəliyin yalnız təcrid olunmuş yayılması halları qeydə alınıb.
 
Aytac 

www.anews.az
Chosen
51
anews.az

1Sources