EN

ABŞ-nin yeni prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq

Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçı namizəd Donald Tramp qalib gəlib.

"The New York Times"-ın məlumatına görə , o, minimum 270 səsə qarşı 277 seçici tərəfindən dəstəklənib. Demokrat namizəd və hazırkı vitse-prezident Kamala Harris cəmi 224 səs toplayıb.

Amerika qanunlarına görə, Seçicilər Kollegiyası prezident seçkilərinin nəticələrini dekabrın 17-də elan etməlidir. Bundan sonra, 6 yanvar 2025-ci ildə onların təsdiqi Konqresdə baş tutacaq.

ABŞ prezidentinin andiçmə mərasimi yanvarın 20-nə planlaşdırılıb. Mərasim Vaşinqtondakı Kapitol binasında baş tutacaq və ölkə tarixində 60-cı mərasim olacaq. Tramp son 120 ildə bir müddət sonra yenidən seçilən ilk prezident olacaq. ABŞ-nin yeni vitse-prezidenti, Ohayo ştatının 40 yaşlı senatoru J.D.Vens də onunla birlikdə vəzifəsinin icrasına başlayacaq.

Chosen
63
26
aznews.az

10Sources