Bakı. Trend:
Türk Dövlətləri Təşkilatına (OTT) üzv dövlətlərin MərkəziBanklar Şurasının yaradılması haqqında memorandum ölkələr arasındaiqtisadi əlaqələrin dərinləşməsinə kömək edə bilər.
Bunu Trend-ə Qazaxıstandanolan ekspert Tair Niqmanov deyib.
"Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi BanklarŞurasının yaradılması haqqında Memorandumda əsas diqqətməsləhətləşmələr və təcrübə mübadiləsi yolu ilə əməkdaşlığa yönəlibki, bu da inkişaf etmiş ölkələrlə müqayisədə iqtisadi inkişafdauçurumu aradan qaldırmağa kömək edə bilər. Fintech, ödənişsistemləri və digər sahələrdə əməkdaşlıq bu ölkələrə resurslaraqənaət etməyə və beynəlxalq maliyyə sisteminə daha sürətliinteqrasiyaya imkan verir", - o qeyd edib.
Onun sözlərinə görə, TDT ölkələri arasında əməkdaşlığı dinamikinkişaf edən və məhsuldar kimi xarakterizə etmək olar.
"Əgər əvvəllər o, əsasən, mədəni mübadilələrlə məhdudlaşırdısa,indi ticarət, iqtisadiyyat və siyasətin aspektlərini əhatə edəndaha praqmatik səviyyəyə çatıb. TDT-nin inkişafında müsbət dinamikagöz qabağındadır ki, bu da, təbii ki, bu təşkilatın möhkəmlənməsiüçün mühüm amildir.
Ölkələr arasında sabitliyin qorunmasında və fəaliyyətinəlaqələndirilməsində sammitin rolu mühümdür və siyasi təşəbbüslər,həmçinin, Zirvə görüşləri əməkdaşlığın möhkəmlənməsinə kömək edir”,- ekspert qeyd edib.
Tair Niqmanov vurğulayıb ki, son illər Qazaxıstanla Azərbaycanarasında münasibətlər nəzərəçarpacaq dərəcədə möhkəmlənib:
"Liderlər arasında görüşlərin tezliyi artıb. Bu, iqtisadigöstəricilərdə də özünü göstərdi: 2018-ci ildən iki ölkə arasındaticarət dövriyyəsi, demək olar ki, üç dəfə artaraq, 2023-cü ildə556 milyon ABŞ dollarına çatıb. Qazaxıstanın ticarət dövriyyəsindəAzərbaycanın payı da artıb və bu, ikitərəfli iqtisadi əlaqələrinəhəmiyyətini göstərir.
Azərbaycan logistikanın şaxələndirilməsi üzrə strateji tərəfdaşaçevrilir, Qazaxıstan Orta Dəhliz çərçivəsində neft və digərmalların ixrac marşrutlarını şaxələndirməyə, iqtisadi müstəqilliyivə beynəlxalq münasibətlərdə çevikliyi gücləndirməyə imkan verəcəkinfrastruktur layihələrini inkişaf etdirməkdə davam edir”.