EN

Ukrayna Enerqodara hücum etdi: ən azı 5 partlayış oldu...

Ukrayna qoşunları Zaporojye AES-in Enerqodar şəhərinə və AES yaxınlığındakı sahil zolağına hücum etmək üçün PUA-dan istifadə edib.

Axar.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Yevgeni Balitski məlumat verib.

“Ukrayna hərbçiləri PUA-lardan Enerqodar şəhərinin infrastrukturuna və Zaporojye Atom Elektrik Stansiyasına yaxın sahil xəttinə hücum etmək üçün istifadə edirlər”, - bildirib.

O, Enerqodar sakinlərini sakit olmağa və hücum dayanana qədər küçələrə çıxmamağa çağırıb.

Şəhərdə ən azı 5 partlayış baş verdiyi bildirilib.

Chosen
32
1
axar.az

2Sources