Metbuat.az xəbər verir ki, “WhatsApp” “Google”dakı özəlliyi tətbiqə gətirmək üzrədir. Məlumata görə, “WhatsApp” istifadəçilərin “Google”da sevdiyi vizual axtarış funksiyasını artıq tətbiqdə sınaqdan keçirməyə başlayıb. İstifadəçilər tətbiqdə axtarış edərək şəklin mənbəyini və şəkildəki hər hansı detalları tez və asanlıqla tapa biləcək. Yeni funksiya üzərində işlər davam edir.