EN

COP29 iştirakçıları üçün metro, avtobus və dəmir yolundan istifadə pulsuz olacaq

9 -24 noyabr tarixlərində COP29 tədbiri ilə bağlı akkreditasiyadan keçmiş bütün şəxslər dəmiryol nəqliyyatından pulsuz istifadə edə biləcək...

Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

"Bununla bağlı Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında COP29 iştirakçıları üçün xüsusi keçid zolağı Fast Track yaradılıb, iştirakçılara dəstək göstərmək üçün könüllülər işə cəlb olunub.

Fast Track-sürətli keçid zolağından istifadə üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq. Bura Abşeron Dairəvi marşrutu üzrə sürətli qatarlardan istifadə daxildir", - məlumatda deyilir.

***

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Report"a verilən məlumata görə, noyabrın 9-dan 24-dək Bakıda COP29 iştirakçıları üçün avtobusdan istifadə pulsuzdur.

"Bu tarixlərdə COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməklə ictimai nəqliyyatdan ödənişsiz istifadə edə biləcəklər", - AYNA-dan bildirilib.

***

Bu gündən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün metro nəqliyyatından istifadə ödənişsizdir.

"Report"un əldə etdiyi məlumata görə, bunun üçün COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməlidir.

Qeyd edək ki, COP29 ərəfəsində ictimai nəqliyyatdan istifadənin ödənişsiz olması nəzərdə tutulub. Bura avtobus, metro və dəmir yolu nəqliyyatı daxildir.

COP29 noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Poliqon.info

Chosen
64
39
poliqon.info

10Sources