"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Bodo Qlimt"ə qarşı Avropa Liqasının səfər oyunundan öncə mətbuatı konfransında iştirak edib. 

Offsideplus.az xəbər verir ki, mütəxəssis sabahkı oyundan əvvəl bu sözləri deyib:

"Son vaxtlar oynadığımız komandalar içində ən intizamlısına qarşı oynayacağıq. Meydandakı bütün futblçular yerli, norveçli oyunçulardır. Norveçin milli və klublarının səviyyəsindən görünür ki, bu ölkədə futbol son illərdə inkişaf edib, irəliləyib və bunun davamını görürük. Rəqibin özünə xas oyun sistemi var. Sabahkı oyunda üstün olmaq üçün hər kompenentdə diqqətli olmalıyıq. Rəqibin üstün cəhətləri çoxdur, meydança və son oyunlar baxımından. İnanıram ki, futbolçularım yaxşı nəticə üçün meydanda hər şeyi edəcəklər. Hər iki komandaya uğurlar".