EN

Google Rusiyada yeni cərimə ilə üzləşib

Rusiyadakı Google korporasiyasını 6 milyon rubla qədər yeni cərimə gözləyir...

Rusiyada “Roskomnadzor”un göstərişlərinə əməl etmədiyi üçün “Google” korporasiyasına qarşı yeni protokol tərtib edilib.

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyinə Taqanski rayonunun sülh məhkəməsindəki mənbə məlumat verib.

Protokol Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.7.10-4-cü maddəsinə ("Sosial şəbəkə sahibinin federal icra hakimiyyəti orqanının əmrini yerinə yetirməməsi") əsasən tərtib edilib. Sanksiya 6 milyon rubla qədər cərimə nəzərdə tutur.

Sənəd artıq qeydə alınıb, məhkəmədən aydınlıq gətirilib. Baxış tarixi hələ müəyyən edilməyib.

Xatırladaq ki, Google-un Rusiya nümayəndəliyinə qarşı iddialara görə cərimələrin məbləği artıq çirkətin dünyada toplanmış bütün sərvətlərini üstələyir. Kremlin sözçüsü Dmitri Peskov bu rəqəmi tələffüz edə bilməyəcəyini deyib və cərimələrin məbləğinin “simvollarla dolu olduğunu” vurğulayıb. Təkcə bu il YouTube müharibə ilə bağlı 3 mindən çox kanalı bloklayıb.

Poliqon.info

Chosen
20
poliqon.info

1Sources