EN

“Qarabağ” bu gün Avropa Liqasında növbəti matçına çıxacaq

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində IV tur matçına çıxacaq.

Bizim.Media xəbər verir ki, Ağdam klubu səfərdə Norveç “Budyo Qlimt”i ilə qarşılaşacaq.

“Aspmira” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Matçı Portuqaliyadan olan hakimlər idarə edəcəklər.

Avropa Liqası, Liqa mərhələsi, IV tur

21:45. “Budyo Qlimt” (Norveç) - “Qarabağ” (Azərbaycan)

Hakimlər: Luiş Qodinyu, Ruy Teyşeyra, Pedro Almeida, Andre Narsişu (Portuqaliya)

Xatırladaq ki, Qurban Qurbanovun komandası 1-ci turda “Tottenhem”ə (0:3), 2-ci turda “Malmö”yə (1:2), 3-cü turda isə “Ayaks”a (0:3) məğlub olub.

Bizim.Media

Chosen
176
50
bizim.media

10Sources