EN

Rəsmi Moskva Trampın sözlərinə reaksiya verdi : "Sülh istəyirsənsə..."

"Əgər Tramp sülh istəyirsə, bunu tezislərlə yox, konkret hərəkətlərlə göstərməlidir. Trampın sülh istəməyi onu təsdiq edir ki, ABŞ başqalarının müharibələrinə müdaxilə etməkdənsə, öz daxili işlərinə fokuslanmalıdır".

Rosiya24" kanalı vasitəsilə Trampın "Mən müharibələr yaratmaq əvəzinə müharibələri bitirmək istəyirəm" açıqlamasını şərh edən Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova belə deyib.

Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev isə şəxsi teleqram kanalı vasitəsilə Trampın bir "müsbət cəhətini" qeyd edib:

"Tramp qatı biznesmen xarakterini daşıyır və hər biznesmen kimi "müftəyeyənlərə" nifrət edir. Ukrayna hakimiyyətini də onların cərgəsinə qatmaq olar"

Xatırladaq ki, Tramp seçkinin nəticələri elan olunandan sonra ictimaiyyətə müraciəti zamanı demişdi:

"Xatırlatmaq istərdim ki, birinci prezidentlik dövrümdə də İŞİD-lə mübarizə istisna olmaqla ABŞ-ın hansısa hərbi əməliyyatda iştirakına imkan verməmişəm. Bilin ki, mən müharibə istəmirəm. Mənim niyyətim müharibələr yaratmaq deyil, müharibələri bitirməkdir".

Chosen
38
ednews.net

1Sources