EN

Energetika xidmətinin ixrac payı artır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2024-cü ilin yanvar–sentyabr ayları üzrə qeyri–dövlət ixracatçı subyektlərin reytinqində ölkəyə ən çox gəlir gətirən ilk 10 şirkətin və qurumun adlarını açıqlayıb.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin də adı var. Dövlət Energetika Xidmətindən verilən məlumata görə, qurum tərəfindən 2024-cü ilin yanvar–sentyabr ayları ərzində 386 815 921 kVtsaat enerji istehsalı həyata keçirib. Xidmət yerli enerji resurslarından səmərəli istifadə edərək bu potensialın daha da artırılmasını hədəfləyib.

Səbuhi HƏSƏNOV
XQ

Chosen
7
xalqqazeti.az

1Sources