EN

“Müqəddəs Mübarizə” terror təşkilatı elan edilir

“Son günlər Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları “Müqəddəs Mübarizə” tərəfdarlarının, o cümlədən 3 azyaşlını silah və sursat daşımaqda və saxlamaqda şübhəli bilinərək saxlayıblar”. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

“Əslində onlar silah yox, siyasi plakatlar yayan fəallar axtarırdılar. İnsanlar sadəcə qorxutmaq məqsədi ilə həbs ediliblər ki, onlar küçələrə çıxıb dövlət məmurlarının fotoşəkilləri olan plakatlar asmasınlar. Bu həbslərlə bağlı heç bir işdə bir vətəndaşa qarşı ittiham irəli sürülməməsi, heç kimin saxlanılmaması, həbslə bağlı məhkəməyə bir dənə də olsun vəsatət verilməməsi də bunu sübut edir. Üstəlik, vəkil Hovhannes Xudoyanın şikayəti əsasında bir nəfərin həbsi qanunsuz elan edilib, digərinin məsələsinə isə yaxın günlərdə baxılacaq”.

Chosen
32
cebheinfo.az

1Sources