EN

Milli Məclis Prezidentlə xanımına məktub göndərib

“Təklif edirəm ki, Milli Məclis olaraq Zəfər Günü münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayaq”.

Avtosfer.az xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Sabah xalqımız Zəfər Gününü qeyd edəcək. 4 il əvvəl Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunub. 44 gün ərzində Qarabağ torpağında yüksəldilən bayrağımızla Azərbaycanın hüquqları bərpa edilib. Ərazi bütövlüyümüzün təmin olunması ilə ümummilli lider Heydər Əliyevin ən böyük arzusu gerçəkləşib. Azərbaycan dövlətçiliyinin tarixində yeni dövr başlayıb. 2023-cü ildə keçirilən birgünlük antiterror əməliyyatı da hərb tariximizin yeni şanlı səhifəsini təşkil edib. Azərbaycanın suverenliyi bütün torpaqlarımızda bərpa edilib. Bu əməliyyat şanlı zəfərimizin məntiqi davamı kimi qeyd edilib.

Azərbaycan xalqı və onun gələcək nəsilləri bu şanlı qələbə ilə daim fəxr edəcək. Hazırda bölgədə davamlı sülh və sabitlik naminə Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında Ermənistanla danışıqlar davam etdirilir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri ən yüksək səviyyədə aparılır”, - deyə S.Qafarova bildirib.

Chosen
24
6
avtosfer.az

7Sources