EN

Azər Türk Bank BMT-nin Qlobal Sazişinə qoşuldu

Bakı. Trend:

Dövlət bankı Azər Türk Bank cari ilin 4 noyabr tarixindənetibarən davamlı inkişaf və sosial məsuliyyət sahəsində ən böyükbeynəlxalq təşəbbüslərdən biri olan Birləşmiş MillətlərTəşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşulub.

Bu təşəbbüsə imza atmaqla Bank ekoloji, sosial məsuliyyət,korporativ idarəetmə sahəsində beynəlxalq səviyyədə qəbul edilmişstandartlara sadiq qaldığını bir daha təsdiqləyir.

BMT Qlobal Sazişi hazırda 160-dan çox ölkədən 20 000-dən artıqtəşkilatın iştirak etdiyi böyük beynəlxalq təşəbbüsdür. Bu sazişinəsas qayəsi üzv təşkilatların strategiya və fəaliyyətlərini insanhüquqları, əmək standartları, şəffaflıq, ətraf mühitin qorunması və“Dayanıqlı İnkişaf üçün “2030 Gündəliyi” ilə bağlı beynəlxalqsəviyyədə qəbul edilmiş prinsiplərə uyğunlaşdırmaqdır.

Bu addım Azər Türk Bankın BMT Baş Assambleyasının qəbul etdiyiDayanıqlı İnkişafın 17 əsas məqsədinə və BMT-nin Qlobal Sazişinin10 əsas prinsipinə dəstəyinin göstəricisidir.

Qeyd edək ki, Bank öz fəaliyyətində bu prinsipləri rəhbərtutaraq davamlı olaraq sosial və ətraf mühitə müsbət təsiri olanəhəmiyyətli işlər görür, tədbirlər həyata keçirir.

Məqalədə:
Chosen
35
8
az.trend.az

9Sources