EN

Ukrayna Rusiyanın Xəzərdəki gəmilərini vurub

Ukrayna

Dünən Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin pilotsuz təyyarələri ilk dəfə Azov dənizi ilə kanalla birləşdirilən Xəzər dənizində Rusiya donanmasına zərbələr endirib.

Reyting.az
-ın xəbərinə görə, Ukraynanın Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi, 3-cü dərəcəli kapitan Dmitri Pletençuk deyib ki, Xəzər Rusiya Hərbi Dəniz Qüvvələrinin yerləşdiyi 5 məntəqədən biridir.

Onun sözlərinə görə, Xəzər dənizində “Kalibr” tipli dəniz raketlərini buraxa bilən reaktiv daşıyıcı sistemli Rusiya platformaları da var. Eyni zamanda, Xəzər dənizində yerləşən gəmilərdən istifadə etməklə Ukraynanın atəşə tutulması barədə təsdiqlənmiş məlumat yoxdur.

“Onlar daha çox havadan zərbələr endirmək üçün Xəzər dənizindən istifadə edirlər, yəni bu akvatoriyaya xüsusi olaraq daxil olurlar və çox güman ki, bunu Ukraynaya atəş açmaq üçün edirlər” - Pletençuk bildirib.

Ukrayna mediası da iddia edir ki, noyabrın 6-da səhər saatlarında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçirdiyi xüsusi əməliyyat nəticəsində Xəzər dənizində Rusiya flotiliyasını məğlub etmək mümkün olub. İlk dəfədir ki, belə bir hücum baş verib.

Son məlumata görə, PUA-nın zərbələri nəticəsində Xəzərdə ən azı iki obyekt vurulub. Ehtimal olunur ki, bunlar “Tatarıstan” və “Dağıstan” raket gəmiləridir.

Onu da qeyd edək ki, Ukraynanın dövlət sərhədindən Xəzər dənizinə qədər olan məsafə təxminən 1,5 min kilometrdir.

ELÇİN
Chosen
42
reyting.az

1Sources