EN

Baş mühasib - VAKANSİYA

“PAŞA Technology” şirkəti, Baş mühasib vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Əsas öhdəliklər:

  • Maliyyə əməliyyatlarının dəqiq və vaxtında qeydə alınmasını təmin etmək üçün mühasibat departamentin işçilərinə nəzarət etmək; 
  • Bütün müvafiq hesabatları hazırlayıb və Vergi Orqanı, Statistika Komitəsinə, sosial ayırmalar və icbari sığortalar ilə bağlı məlumatları müvafiq orqanlara təqdim etmək;
  • Təşkilatın vergi öhdəliyini minimuma endirmək üçün vergi planlaşdırma strategiyalarının işlənib hazırlanması, vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi, vergi yoxlamalarının idarə edilməsi da daxil olmaqla, vergi qanunvericiliyinə və qaydalarına riayət olunmasını təmin etmək;
  • İşçilər üçün əmək haqqı ödənişlərini hesablayıb, ödəyib və bəyan etmək;
  • Vergi ilə bağlı məsələlərdə həmkarlara məsləhət vermək və işçi heyətinə müvafiq sahə üzrə təcrübə ilə bölüşüb, koordinasiya etmək;
  • Müəssisənin vergi siyasətini hazırlamaq və vergi büdcəsinin hazırlanmasında iştirak etmək;
  • Gəlirlərin vaxtında alınmasını və maliyyə və hesablaşma əməliyyatlarının, o cümlədən təchizatçı və podratçı hesablarının ödənilməsi, kreditlərin ödənilməsi, əmək haqqının ödənilməsi və ödənişlərin bank qurumlarına köçürülməsini təmin etmək;
  • 1C proqram təminatına nəzarət etmək və mühasibat uçotu metodologiyasındakı hər hansı səhv və ya anomaliyalar barədə hesabat vermək;
  • Məlumatların düzgünlüyünü və tamlığını müəyyən etmək üçün maliyyə qeydlərin nəzərdən keçirib nəzarət etmək;
  • Əməliyyatların səmərəliliyini və ya effektivliyini artıra biləcək yeni mühasibat uçotu metodlarını və ya prosedurlarını müəyyən etmək üçün araşdırmaları aparmaq;
  • Gələcək səhvlərə və ya məlumatların yanlış təfsirinə səbəb ola biləcək mühasibat prosesləri və ya prosedurları ilə bağlı problemləri müəyyən etmək;
  • Aylıq, rüblük və illik dövrün bağlanması prosesini icra etmək, o cümlədən balansın uzlaşdırılması və təhlilini aparmaq;
  • Ehtiyac olduqda büdcə və proqnozların hazırlanmasında iştirak etmək;
  • Malların gömrük rəsmiləşdirilməsi üçün brokerlə əlaqəda olmaq və dəstək göstərmək;
  • Maliyyə direktorun tələb etdiyi digər vəzifələri yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar:                

  • maliyyə sahəsində Ali təhsil
  • AR Vergilər Məcəlləsi və qanunvericiliyi bilməli;
  • Azərbaycan Respublikasının qanunvericilik aktları;
  • ACCA sertifikatlarının olması arzu olunandır
  • müəssisənin maliyyə və təsərrüfat fəaliyyətini tənzimləyən qanunvericilik və tənzimləyici aktlar;
  • müəssisədə maliyyə işinin təşkili prinsipləri;
  • maliyyə planlarının tərtib edilməsi qaydası, fondların proqnoz qalıqları və büdcələri, məhsulların (malların, xidmətlərin, işlərin) satış planları, mənfəət planları;
  • maliyyə axınlarının idarə olunmasını təmin edən maliyyə alətləri sistemi;
    maliyyə aktivlərinin, gəlirliliyinin və riskinin qiymətləndirilməsi metodları;
  • bir müəssisəyə qısamüddətli və uzunmüddətli borc vermə, investisiya və borc vəsaitlərinin cəlb edilməsi qaydası;
  • maliyyə mənbələrinin paylanması, maliyyə investisiyalarının effektivliyinin müəyyənləşdirilməsi qaydası;
  • maliyyə nəzarəti prinsipləri maliyyə hesablaşmalarının qaydası və formaları;
  • vergitutma prinsipləri və qaydası, Azərbaycan Respublikasının vergi qanunvericiliyi;
  • maliyyə və mühasibat standartları və hesabat;
  • MS Excel, MS Word, MS Outlook (əla);
  • 1C proqramı yüksək səviyyədə bilmək;
  • Gündəlik əməliyyatlarda dürüst olmaq:  hər zaman düzgün addımları düzgün yollarla atmaq;
  • Ünsiyyətqurma;
  • Stresin idarə olunması;
  • Vaxtın idarəedilməsi;

Təcrübə:

  • 5-8 il iş təcrübəsi
  • idarəçilik üzrə minimum 3 il təcrübə

Dil biliyi:

  • Azərbaycan dili - Ana dili
  • Rus dili-yaxşı
  • İngilis dili- yaxşı

CV-nizi  talents@pasha-technology.com e-mail adresinə vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az

Chosen
26
fins.az

1Sources