EN

İşdəki performansınıza mənfi təsir göstərə bilən 6 davranış

Müəllif: Gülnar Əhmədli, Banco.az

Demək olar ki, hər kəsin işdə diqqəti yayınır. Və bunun nəticəsində iş performansımız xeyli dərəcədə aşağı düşür. Aşağıda sadalayacağımız bu neqativ hallar sizi işdə çox çətin vəziyyətlərə salma potensialına malik olsa da, növbəti dəfə bu cür mənfi təsirlər zamanı ondan necə qurtulmanıza kömək edə bilər. İşdəki performansınıza mənfi təsir edəcək vəziyyətlərə nəzər salaq:

1. Hər fürsətdə şəxsi telefondan istifadə etmək

Vaxtın idarə edilməsi üzrə kouç Anna Kornik deyir ki, müştərilərimin əksəriyyətinin masa arxasında oturarkən etdikləri ən böyük səhv telefonlarını hər zaman yanlarında saxlamaqdır. O, zərurət olmadığı halda telefonu yanında saxlamağın ən böyük dezavantaj olduğunu bildirir:

“Bir işi görərkən 1-2 saniyə və ya 1-2 dəqiqə gözləməli olsalar, dərhal telefonlarını alırlar və bu, onların əlavə 10-15 dəqiqə itirməsinə səbəb olur”. Kornik bu açıqlaması ilə işçilərin hər fürsətdə telefonlarını istifadə etmələrinin diqqət və vaxt idarəçiliyi baxımından insana mənfi təsir etdiyini bildirib. Gözləməli olduğunuz zaman ən yaxşı seçim diqqətinizi yayındıracaq başqa bir hərəkətə əl atmamaq və o bir neçə dəqiqəni səbirlə idarə etməkdir. 

2. Çox sayda veb-sayt səhifəsini açıq saxlamaq

Məsələn, işləyən zaman veb-brauzerinizdə çoxlu aidiyyatı olan və olmayan səhifələr açıqdır. Bəzi tablarda diqqətinizi işinizə cəmləyəcək məlumatlar olduğu halda, digərlərində diqqətinizi cəlb edəcək tamamilə fərqli məzmunlar var. Bu da sizi istər-istəməz araşdıracağınız, beləliklə də diqqətinizi və vaxtınızı itirəcəyiniz bir vəziyyətə sürükləməkdən başqa bir iş görmür. İşinizlə bağlı tablardan başqa aidiyyatı olmayan səhifələri dərhal bağlayaraq belə bir neqativ vəziyyətdən asanlıqla qurtula bilərsiniz.

3. İş söhbəti platformalarının tez-tez yoxlanılması

Tutaq ki, o qədər də diqqətinizi yayındırmırsınız və işə aidiyyatı olmayan digər lazımsız işlərlə məşğul olmursunuz. Hətta belə bir vəziyyətdə belə siz hələ də diqqətinizi yayındırmaqdan və vaxt itkisindən azad deyilsiniz, çünki işinizlə əlaqədar iştirak etdiyiniz işgüzar ünsiyyət proqramlarını daim yoxlamaq belə, ciddi vaxt itkisi və performansın pisləşməsi ilə nəticələnir. 

4. Qəhrəman olmağa çalışmaq

Ən sərfəli kredit üçün müraciət et

Chosen
26
banco.az

1Sources