EN

2-ci Trump dövrü necə olacaq? - İrandan qisas alacaq?

ABŞ-da Donald Trampın ikinci prezidentlik müddəti başlayarkən dünyanı nələrin gözlədiyi sualı gündəmdədir. Ölkənin aparıcı politoloqlarından olan professor Uilyam Enqdal açıqlamasında “ABŞ İrana hərbi müdaxilə edə bilər”, Rusiya isə Ukraynaya son və böyük hücuma keçəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ seçkilərində qalib gəlib. 47-ci prezident kimi Ağ Evdə ikinci dövrünü yaşayacaq Respublikaçılar Senatın iki palatası olan Senat və Nümayəndələr Palatasını ələ keçirməyi bacarıb. Respublikaçılar həm də Konqresdəki Demokratlar Partiyasının ağır çəkidə təmsilçilərini Konqresdən sıxışdırıb çıxararaq rəqib partiyanı gücsüz qoydular. ABŞ-ın məşhur politoloqu professor Uilyam Engdal dünyanın taleyinə təsir edən seçkini Haber Global Web Özel üçün dəyərləndirib. Professor Engdalın təəccüblü açıqlamalarını təqdim edirik:

“Düşünürəm ki, ən böyük gərginlik Donald Trampın ikinci prezidentlik dövründə xarici siyasətdə yaşanacaq. ABŞ seçkilərinin nəticələrini gözləyən və qlobal gərginliyi artıracaq addımlar atacaq bir çox ölkə var. “Rusiya Ukraynaya son və böyük hücumunu həyata keçirmək istəyərkən, İsrail İranın bütün nüvə potensialını və hətta ölkədəki rejimi devirəcək böyük bir hücum axtarır”.

"NATO-nun avropalı üzvləri Tramp dövründə Ukraynaya kömək etmək niyyətində olsalar da, indi başa düşürlər ki, onlar birbaşa Rusiya ilə vuruşmalı olacaqlar. Şimali Koreya Cənubi Koreyaya daha çox təzyiq göstərəcək, Çinin isə ən riskli bölgədə Tayvanı işğal etmək planları var.

Trampın paradoksu bu məqamda Pentaqonla olacaq. Lloyd Ostinin rəhbərliyi altında olan Müdafiə Nazirliyi Avropada Rusiyaya qarşı müharibə ehtimalına hazırlığa diqqət yetirir və Yaxın Şərqdə böyük İsrail-İran müharibəsinin qarşısını almağa çalışır. “Düşünürəm ki, Pentaqonun strateji dəyişməsi və uyğunlaşma prosesi Tramp dövründə çox mübahisəli olacaq”.

“Unutmamalıyıq ki, Tramp təcridçidir. Tramp başqa ölkələrin daxili işlərinə qarışmaq istəmədiyi kimi, beynəlxalq müqavilələrdə də “ABŞ çətiri altında” məntiqini rədd edir, “xərc və idarəetmədə bərabərlik” prinsipi ilə hərəkət edir. Trampın prioriteti həmişə ticarət və enerji sazişləri olub. Dünya bunu dərk etməsə də, Trampın dünyasında düşmənlər Meksika və ya immiqrantların gəldiyi Mərkəzi Amerika ölkələridir, ancaq İran istisnadır. Trampın seçki dövründə sui-qəsd cəhdlərinin arxasında İranın dayanması ilə bağlı iddialar Respublikaçı prezidentin şəxsi məsələsidir. “Çox güman ki, ABŞ İranın enerji obyektlərinə hava zərbələri endirəcək”.

“Donald Tramp Çinin ən böyük təhlükə olduğunu açıq şəkildə bəyan edən və ABŞ-ın müdafiə konsepsiyasını və büdcəsini bu təhlükəyə uyğun düzəldən ilk prezidentdir. Bu konsepsiya Co Bayden dövründə də davam etdi. Tramp konsepsiyanı tamamlayacaq və Sakit okeanda Çini çərçivəyə salmaq planını icra edəcək. Aydındır ki, Pekin Çini hərəkətsizləşdirməyə yönəlmiş hərbi fəaliyyətlərə şiddətli reaksiya verəcək. Avropa da bu təhlükəni gördü. NATO-ya üzv ölkələrin əsgərləri Sakit okeanda daim təlim keçir. “Avropa təkcə öz ərazisində münaqişə ehtimalına deyil, həm də daha böyük qlobal risk olan Sakit okeanda münaqişə ehtimalına hazırlaşır”.

“Trampın xarici siyasətini vitse-prezident, müdafiə naziri və Xarici İşlər Nazirliyinə təyin olunacaq adlar birgə müəyyən edəcək. Biz bilirik ki, vitse-prezident J.D.Vens xarici siyasətdə Trampla həmfikirdir. Dövlət Departamentinə gəlincə, məncə, “Trampın yaxın çevrəsində” olan Rik Qrenell gələcək”.

ABŞ-ın Almaniyadakı keçmiş səfiri NATO-nun xərcləmələrində ən sərt mövqe tutan şəxs kimi yadda qalıb. Keçmiş dövlət katibi Mayk Pompeo və ya senator Tom Kottonun Müdafiə Nazirliyinə təyin olunma ehtimalı yüksəkdir. Hər üç şəxs ABŞ əsgərlərinin Yaxın Şərqdə olması ideyasının qəti əleyhinədir. Ona görə də belə qənaətə gəlmək olar ki, İkinci Tramp dövründə qısa müddətdə İsrail-İran və Suriyada gərginlik artacaq, Rusiya-Ukrayna müharibəsi orta müddətli dövrdə ən şiddətli mərhələsinə qədəm qoyacaq, ABŞ-Çin mübarizəsi uzunmüddətli perspektivdə öz zirvəsinə çatacaq”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Chosen
33
50
turkustan.az

10Sources