EN

Torpaqlarımızın azad olunması Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da gücləndirdi- ÖZƏL

"Azərbaycan Vətən müharibəsi ilə Cənubi Qafqazda yeni bir geosiyasi vəziyyət yaratdı. Bu, regionun gələcək inkişafına və sülhə əsaslanan münasibətlərin qurulmasına əlverişli zəmin formalaşdırır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Torpaqlarımızın azad olunması Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da gücləndirdi. Bu Qələbə ilə Azərbaycan öz haqqını müdafiə edərək beynəlxalq hüquqa əsaslanan prinsiplərə sadiq qaldığını sübut etdi və dünyada nüfuzunu artırdı. Zəfər həm də azad olunan torpaqların bərpası və iqtisadi inkişaf üçün yeni bir dövrün başlanğıcıdır. Qarabağın yenidənqurulması və inkişaf etdirilməsi Azərbaycanın iqtisadi gücünün və iradəsinin göstəricisidir. Nəticə olaraq, Zəfər Gününün mahiyyəti Azərbaycanın tarixində önəmli bir mərhələni ifadə edir. Bu gün xalqın tarixi yaddaşında Qələbənin, ədalətin və milli ruhun əbədi yaşadılacağı bir simvol kimi əhəmiyyətlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
30
olaylar.az

1Sources