Müstəqil Dövlətlər Birliyi ölkələrinin hərbi əməkdaşlıq konsepsiyası layihəsi hazırlanır.
Azadmedia.az xəbər verir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev bildirib.
Belə ki, onun sözlərinə görə, MDB ölkələri 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsini hazırlamağa başlayıblar.
Həmçinin Lebedev qeyd edib ki, Birlik ölkələrinin hərbi əməkdaşlıq konsepsiyası layihəsini hazırlamağa başlamaları dünyada vəziyyətin pisləşməsi ilə əlaqadardır.