EN

İrəvan Ankara ilə münasibətlərin normallaşmasına və sərhədlərin tam açılmasına ümid edir - Ermənistan XİN

“Ermənistan ümid edir ki, son nəticədə Türkiyə ilə münasibətlərin tam tənzimlənməsinə, o cümlədən sərhədlərin tam açılmasına nail olmaq mümkün olacaq”. 

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

 “Ümid edirik ki, sonda təkcə Türkiyə ilə əldə edilmiş razılaşmaların həyata keçirilməsinə deyil, həm də iki ölkə arasında münasibətlərin tam nizamlanmasına, o cümlədən diplomatik münasibətlərin qurulmasına və sərhədlərin tam açılmasına nail olmaq mümkün olacaq”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
15
missiya.az

1Sources