EN

Kanada hökuməti ölkədə TikTok ofisinin bağlanmasını tələb edib

Kanada hökuməti TikTok Technology Canada şirkətindən milli təhlükəsizlik riskləri səbəbindən sosial şəbəkənin ölkədə fəaliyyətini dayandırmağı xahiş edib. Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Kanada hakimiyyəti yerli TikTok ofisinin işinin milli təhlükəsizliyə hansı risklər yaratdığını dəqiqləşdirməyib. TikTok, öz növbəsində, yerli ofislərin bağlanmasının və yüzlərlə iş yerinin ixtisar edilməsinin "heç kimin xeyrinə olmadığını" açıqlayıb. Çinin "ByteDance" şirkətinə məxsus sosial şəbəkə bu qərara etiraz etməyi planlaşdırır.

Tural

Chosen
20
news365.az

1Sources