EN

“Trampın qələbəsi Maska 26 milyard qazandıra bilər” – “The Guardian”

“Mask Trampın kampaniyasına qoyduğu 100 milyon dollar sərmayəni geri qaytara bildi”

“AzPolitika” xəbər verir ki, bunu “The Guardian” nəşrinin redaktoru Dan Milmo bildirib.

264 milyard dollar sərvəti olan Maskın artıq Trampın kampaniyası üçün xərclədiyi vəsaiti geri almağa başladığını bildirib. Trampın qələbəsindən sonra Maskın “Tesla” şirkətinin səhmləri təxminən 15 faiz artıb və şirkətin bazar kapitallaşması 900 milyard dollar təşkil edib.

ABŞ-nin “Wedbush Securities” maliyyə şirkətinin analitiki Den Ives hesab edir ki, Trampın qələbəsi hətta Teslanın dəyərini 200 milyard dollara qədər artıra bilər ki, bu da auskın şəxsən 26 milyard dollar vəsait qazanması deməkdir.

“AzPolitika.info”

Chosen
14
50
azpolitika.info

10Sources