EN

“Aparıcılar polisə, prokurora tapşırıqlar verirlər”

“Azərbaycanda məişət zorakılığı artıq demək olar ki, qatı cinayətləri üstələyir. Cinsindən, yaşından, mövqeyindən asılı olmayaraq, məişət cinayətinin qarşısı alınmalıdır”. Pravda.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib. 

 

“Bu gün bunun ən çox əziyyətini çəkən qadınlardır, uşaqlardır, qocalardır. Demək olar ki, tez-tez mediada görürük, oğul atanı öldürdü, qardaş bacını öldürdü və sairə. Mətbəxdə mübahisə düşür, əlinə alır baltanı, vurur təpəsinə. Bu zaman 102-yə zəng gedir. Digər tərəfdən uzunmüddətli psixoloji cinayətlər var. Amma informasiya kanallarında bu cinayatlərin qızışdırılmasına dair verilişlər gedir, nəinki bunun sakitləşdirilməsinə. İnformasiya kanallarında aparıcılar polisə, prokurora tapşırıqlar verirlər. Hüquqi təhsili olmayan, üç qonşunun dediyinə əsasən, aparıcı elə danışır ki, növbəti cinayətə yol açır. Bundan başqa, o verilişdə oturan ekspertlər harada yetişib, harada formalaşıb? Bu, incəsənət oxuyub və o deməkdir ki, insanlara necə yaşamağı öyrətməlidir? 

 

Digər məsələ, seriallardır. Əvvəllər oğullarımız Koroğluya, Nəbiyə bənzəməyə çalışırdısa, indi seriallardakı kriminal obrazlara, qızlar da Həcərə, Nigara bənzəməyə çalışırdısa, indi müxtəlif obrazlara oxşamağa çalışırlar. Bu, mənəviyyat məsələsidir. Bu problemlərin qarşısı alınmalıdır”.

Tarix: 7 Noyabr 2024, 15:14   
Chosen
47
10
pravda.az

10Sources