EN

“Barselona” 74 illik klub rekordunu yenilədi

Çempionlar Liqasının Liqa mərhələsinin “Srvena Zvezda” ilə 4-cü tur səfər oyununda qələbə (5:2) “Barselona” üçün əlamətdar olub.

Arena.az “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir ki, “blauqrana” mövsümün başlanğıcından bəri bütün yarışlar çərçivəsində keçirdiyi 16 oyunda vurulmuş qolların sayına görə, klub rekordunu yeniləyib.

İspaniya təmsilçisi cari mövsümdə 16 oyunda rəqib qapılarından 55 qol keçirib ki, bu da 74 il əvvəl slovak mütəxəssis Ferdinand Dauçikin çalışdırdığı kollektivin 1950/1951-ci illər mövsümündə müvəffəq olduğu 54 qolluq nəticəsini üstələyib.

Kataloniya klubu cari mövsümdə UEFA Çempionlar Liqasında 4 tur ərzində ən çox qol vurmuş komandadır. “Blauqrana” rəqiblərini 15 dəfə peşman edib. İspaniya La Liqasında isə “Barsa” 12 oyuna 40 qol vurub.

Alman mütəxəssis Hans-Diter “Hansi” Flikin çalışdırdığı kollektiv 33 xalla İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir. UEFA Çempionlar Liqasında isə “Barselona” 9 xalla Liqa mərhələsinin yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Chosen
18
arena.az

1Sources