EN

Şərqşünaslıq İnstitutunda COP29-la bağlı tədbir keçirilib

AMEA-nın Şərqşünaslıq İnstitutunda COP29-la bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmasının, ölkəmizdə nüfuzlu beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunmasının nəticəsi olduğunu deyib.

Bütün dünyada iqlim dəyişikliklərini dayandırmaq üçün beynəlxalq əməkdaşlığa ehtiyacın olduğunu deyən G.Baxşəliyeva dünya ölkələrinin və maraqlı tərəflərin birləşib planetin iqlimini sənaye inqilabı olmamışdan əvvəlki dövrdəkinə qaytarmaq üçün birgə işlər görməli olduqlarını bildirib və bu işlərin də COP tədbirlərində müzakirə olunduğunu vurğulayıb.

Akademik inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin təsirini azaltmaq imkanlarının məhdud olduğunu deyərək, inkişaf etmiş ölkələrin bu istiqamətdə maliyyə dəstəyi göstərmələrinə ehtiyac olduğunu qeyd edib. G.Baxşəliyeva bildirib ki, COP29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.

Akademik G.Baxşəliyeva COP29-la bağlı AMEA-da da bir sıra tədbirlərin həyata keçirildiyini qeyd edərək, Şərqşünaslıq İnstitututunda da bu mövzuda tədbirin keçirilməsinin qərara alındığını bildirib.

İnstitutun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə “Azərbaycanda yaşıl transformasiya istiqamətində dövlət siyasəti” mövzusunda məruzə edib. Məruzəçi Azərbaycanda ekoloji problemlərin həllində dövlətin yürütdüyü siyasətin əhəmiyyətindən bəhs edərək, dövlətimiz tərəfindən bu istiqamətdə aparılan işlər haqqında ətraflı danışıb. L.Mikayılzadə dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyətindən, Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsindən bəhs edib. Eyni zamanda məruzəçi ətraf mühitin qorunması, ekoloji mühitin mühafizəsində mənəvi, əxlaqi, tərbiyəvi, mədəni aspektlərin əhəmiyətinə xüsusi diqqət ayırmağın vacibliyini də vurğulayıb.

İnstitutun İran tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Saleh Dostəliyev tədbirdə çıxış edərək müasir dövrümüzdə mövcud olan ekoloki problemlərdən danışıb, Azərbaycanda ekologiyanın qorunması istiqamətlərdə atılan mühüm addımları qeyd edib, dövlətimizin yaşıl enerji siyasətindən bəhs edib.

Chosen
35
tehsil.biz

1Sources