EN

Tahir Budaqov: Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi milli maraqlara əsaslanan qətiyyətli siyasətin nəticəsidir

Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasının, əzəli yurd yerlərinə əbədi qayıdışının hədsiz sevinc və qürurunu yaşamaqla 8 Noyabr – Zəfər Gününü böyük coşqu ilə qeyd edir.

Aznews.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bu tarixi Qələbə heç də asanlıqla qazanılmayıb, möhtəşəm Zəfərə gedən yol olduqca çətin və keşməkeşli olub:

"Bu gün iftixarla qeyd edirik ki, torpaqlarımız döyüş meydanında Ümummilli Lider Heydər Əliyevin siyasi varisi – Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olunub.

Chosen
35
1
aznews.az

2Sources