EN

Tanışını salam vermədiyinə görə qətlə yetirdi

Paytaxtda tanışını qətlə yetirməkdə təqsirləndirilən Vüqar Əliyevin cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən ilk prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edilib. Məhkəmənin ilk baxış iclası noyabrın 19-na təyin olunub.

Qeyd edək ki, hadisə 2024-cü il iyunun 28-də saat 00:30-də paytaxtın Sabunçu rayonu ərazisində baş verib. 1993-cü il təvəllüdlü Rasim Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1987-ci il təvəllüdlü Vüqar Əliyevin aralarında yaranmış mübahisə zamanı tanışı Rasim Əhmədova küt alətlə xəsarət yetirməsi və sonuncunun xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyən edilib. Tanışların mübahisəsinə səbəb isə Rasim Əhmədovun Vüqar Əliyevə salam verməməsi olub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Vüqar Əliyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Chosen
47
5
musavat.com

6Sources