EN

İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən kilsələri erməni kilsəsi adlandırılması düzgün deyil - Allahşükür Paşazadə

Ağdam. Trend:

Ermənilərin işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərənkilsələri erməni kilsəsi adlandırması düzgün deyil.

Trend xəbərverir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədriŞeyxülislam Allahşükür Paşazadə Qarabağda səfərdə olarkənjurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin kilsələr 1883-cü ildə Rusiyaİmperiyası tərəfindən onlara verilib, lakin heç vaxt onlarınolmayıb:

"Torpaqlarımız kimi kilsələri də özününküləşdiriblər. Bununlabağlı Rus Pravoslav Kilsəsinə və Roma Papasına müraciət etmişik.Beynəlxalq konfranslarda bunu dünya ictimaiyyətinin diqqətinəçatdırmışıq. Qarabağda məscidlərlə yanaşı, kilsələr də təmirolunur. Bakıda da yerləşən erməni kilsəsi təmir olunub".

QMİ sədri bildirib ki, Azərbaycan öz mədəniyyətinə yanaşdığıkimi, digər xalqların mədəniyyətinə də hörmətlə yanaşır:

"Lakin onlar yalanlar danışırlar. Erməni kilsəsi çox pisvəziyyətdədir. Bütün ermənilərin katalikosu II Qaregin Qarabağınerməni torpağı olduğunu deyərək yalanlar danışır. Burada təkcəalban-udin kilsələri deyil, həm də pravoslav kilsəsidağıdılıb”.

Chosen
36
4
az.trend.az

5Sources