EN

Azərbaycanda kəndlərdə bankomatların sayının artırılması təklif edilib

Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəxtiyar Əliyev kənd yerlərində bankomatların sayının artırılmasını təklif edib.

Fins.az-ın məlumatına görə, “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında” məsələnin müzakirəsi zamanı deputat bu təklifi irəli sürüb.

B.Əliyev bildirib ki, seçicilərlə görüşlərdə kəndlərdə bankomat çatışmazlığının ciddi narahatlıq doğurduğu qeyd olunub.

“İnsanlar bankomatlardan istifadə etmək üçün uzun məsafə qət etməli olurlar. Məsələn, Ağdam rayonunun Çəmənli kənd inzibati ərazisi Quzanlı qəsəbəsindən 20 kilometr məsafədə yerləşir və 15 min nəfər əhalisi var, lakin orada bankomat yoxdur. Bu məsələ həll edilməlidir,” - deyə deputat vurğulayıb.

O, digər kəndlərdə də bankomatların quraşdırılmasının insanların bu çətinliyini aradan qaldıracağını əlavə edib.

Chosen
34
fins.az

1Sources