EN

Siyavuş Novruzov bəzi şəxslərə şəhid statusu verilməsinə QARŞIDIR

Avtomobil qəzasında ölən hərbçiyə şəhid statusunun verilməsi qanunvericiliyə uyğun deyil.

Medianews.az report-a istinadlaxəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, “şəhid” adı döyüş vaxtı ən yüksək amallar uğrunda dünyasını dəyişmiş şəxslərə verilir:

“Ancaq çox vaxt müddətdən artıq xidmət keçmək haqqında hərbi müqavilə bağlamış və ya çağırış əsasında xidmət keçənlər hərbi formada avtomobil qəzasına düşəndə və ya günvurmadan dünyasını dəyişirsə, onun valideynləri şəhid statusu tələb edirlər. Bu da düzgün deyil. Çünki torpaqlarımız uğrunda döyüşüb mübarizə aparan insanlarla onların fəaliyyəti üst-üstə düşmür. Bu səbəbdən bunları nəzərə almalıdırlar. Onlara şəhid statusu vermək olmur, bununla bağlı müraciətlər etməsinlər. Çünki qanunvericiliyimizə uyğun deyil”.

Chosen
11
11
medianews.az

10Sources