EN

Xərçəng hüceyrələrini öldürən molekul kəşf edilib

Xərçəng

Amerikalı tədqiqatçılar yeni kəşfə imza atıblar. ABŞ-dakı Stenford Universitetinin tədqiqatçı və alimləri çox böyük elmi yeniliyə imza atmaqla xərçəng xəstəliyi hüceyrələrinin apoptoz mexanizmi vasitəsilə özünü məhv edəcək molekul ərsəyə gətiriblər.

Reyting.az
xəbər verir ki, alimlərin izahına görə, hər gün bir insanın bədənində milyardlarla hüceyrə apoptoz kimi tanınan təbii proseslər nəticəsində ölür. Ümumiyyətlə, apoptoz tam düzgün işləmədikdə, hüceyrələr xərçəngə çevrilir və həyat üçün təhlükə yaradır.

"Techspot" nəşri yazır ki, hazırda Stenford Universitetinin elm adamlarının əsas məqsədi xərçəng xəstəliyinin müəyyən bir növünün müalicəsi, həmçinin potensial təhlükə olan problemin daimi aradan qaldırılması üçün innovativ üsul üzərində işləməkdir.

Bu yaxınlarda elmi jurnalda dərc olunmuş bir araşdırmada alimlərin təsvir etdikləri kimi, mutasiyaya uğramış hüceyrələrdəki apoptozu yenidən aktivləşdirməyin yolu barədə söz açılır. Məqalədə qeyd olunur ki, əslində bu, çox effektiv şəkildə xərçəngin biomühəndisləşdirilmiş bir bağlayıcı kimi molekuldan istifadə edib tamamilə özünü məhvə məcbur etmək deməkdir.

Tədqiqatın müəlliflərindən biri və inkişaf biologiyası üzrə professor Cerald Krebtri bildirib ki, əslində onun ağlına gələn belə orijinal, yeni ideya təsadüf nəticəsində yaranıb. Krebti ABŞ-da pandemiya dövrü Kaliforniyanın Kinqs-Mauntin dağlarına gəzintiyə gedib və qəfildən bu molekulla bağlı belə bir ideya yaranıb.

"Fikrimcə, yeni birləşmə həm də xərçəng hüceyrələrində artıq mövcud olan iki zülalı bağlayacaq və beləliklə, apoptoz prosesini bərpa edəcək, bu isə xərçəngin özünü məhv etməsinə səbəb olacaq. Biz yan təsirlərə səbəb olmadan 60 milyard hüceyrəni öldürə biləcək eyni spesifikliyə nail olmağı hədəf seçmişik", - deyə professor Krebti əlavə edib. Bu isə həm də o deməkdir ki, sözügedən həmin yeni mexanizmin bilavasitə hədəfi olmadıqca, heç bir hüceyrə belə qətiyyən məhv edilməməlidir. İştirak edən iki zülal B-hüceyrəli lenfomada apoptozu təşviq edən və genləri basdıran onkogen BCL6, həm də daha çox gen aktivləşdirilməsini kataliz edən bir ferment olan CDK9-dur.

Mutasiya olunmuş BCL6 zülalları adətən xərçəng hüceyrələrini apoptozunu aktivliyə sövq edən siqnalı bloklayır. Bu da ənənəvi qeyri-radikal xərçəng müalicəsi zamanı onkogenlərini zərərsizləşdirməyə çalışdığından yeni tədqiqatlar onlardan istifadə mexanizmini təklif edir.

"Biz xərçəngin yaşamaqdan asılı olduğu bir şeyi alırıq və ssenarini dəyişdiririk ki, onu öldürən də budur",- söyləyən Krebtri çox ümidli olduğunu vurğulayıb.

Tədqiqatçılar növbəti dəfə elmi təcrübə aparıb, BCL6 və CDK9-u bağlamaq üçün nəzərdə tutulmuş bu yeni molekulu diffuz, yəni nisbətən daha böyük olan B hüceyrəli lenfoma hüceyrələri üzərində ikinci uğurlu sınaqdan keçiriblər. Alimlərin fikrincə, burada sübut olunub ki, molekul birləşmə xərçəng hüceyrələrini öldürmək effektivliyini artıq nümayiş etdirib.

Daha sonra laboratoriya şəraitində sağlam siçanların üzərində bu elmi birləşmənin və yeni kəşfin normal hüceyrələrə zəhərli təsirinin olub-olmadığını yoxlamaq üçün sınaqdan keçiriblər. Bununla belə, məlum olduğu kimi, molekul BCL6 zülalının tam dəyişdirilməmiş versiyasını ehtiva edən spesifik bir immun hüceyrə növünə, yəni B hüceyrələrinə təsir edir.

Oqtay QORÇU
Chosen
57
50
reyting.az

10Sources