EN

Federasiya prezidenti həbs edildi

Peru Futbol Federasiyasının prezidenti Aqustin Lozano cinayətkar qruplaşma və korrupsiyaya görə həbs edilib.

Futbolinfo.az “Infobae” qəzetinə istinadən xəbər verir ki, o, Peru klublarının borclarını bağışlayan, müxtəlif qurumlara kreditlər verən “Los Galacticos” qrupunun lideri olub.

Federasiya rəhbəri həmçinin çirkli pulların yuyulması və korrupsiyada ittiham olunur. Lozanonu 20 ilə qədər həbs gözləyir.

Peru millisini bu ay 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində iki oyun gözləyir. Komanda noyabrın 16-da Çili, 4 gün sonra isə Argentina ilə qarşılaşacaq.

Chosen
15
6
futbolinfo.az

7Sources